“Qarbağ”ın rəqibinin müdafiəçisi ilə danışıq aparır - “Real”

15:40 İspaniya 105
“Qarbağ”ın rəqibinin müdafiəçisi ilə danışıq aparır - “Real”

“Liverpul”un müdafiəçisi İbrahima Konate mövsümün sonunda azad agent kimi komandadan ayrılmağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd edib.

Bildirilir ki, iyuldan etibarən Konate ilə müqavilə imzalamaq üçün danışıqlar aparan klub “Real”dır. Fransalı müdafiəçi də məhz “kral klubu”na qoşulmaq arzusundadır.

“Real” Konateyə müddəti 2031-ci ilə qədər olan müqavilə təklif edir. “Transfermarkt” portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.

Konatenin komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti