
İspaniya La Liqasından düşmək “Valyadolid”in keçmiş sahibi Ronaldo üçün son damla olub. Bir neçə illik rəhbərlikdən sonra azarkeşlərin təzyiqi nəticəsində o, klubdan ayrılıb.
Sportinfo.az “Radio Marca”-ya istinadən xəbər verir ki, məşhur sabiq braziliyalı futbolçudan sonra klub ağır “miras”la üz-üzə qalıb.
Yeni rəhbərlik artıq 14 əməkdaşı işdən azad edib. Onların fəaliyyəti qeyri-effektiv sayılıb. Bundan başqa, xərcləri azaltmaq üçün əlavə addımlar atılıb və bir neçə ofis bağlanıb.
Onların arasında 2019-cu ildə açılmış, dəbdəbəsi ilə “Real”ı belə, kölgədə qoya biləcək Madrid ofisi də var idi.
İndi “Valyadolid”in yeni rəhbərliyi əsas diqqəti nümayişkaranə xərclərə yox, sırf idman yönümlü investisiyalara ayırmağı planlaşdırır.