
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino niyə heç vaxt “Barselona”nın baş məşqçisi olmayacağını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Espanyol”u dəstəklədiyini söyləyib:
“Məşqçilik üslubumla “Barselona”nı çalışdıra bilərdim, amma bunu heç vaxt etməyəcəm. “Espanyol”u dəstəkləyirəm. Bu, daha müstəqil Kataloniya klubudur”.
Argentinalı mütəxəssis 2009-2012-ci illərdə “Espanyol”a rəhbərlik edib. O, 2024-cü ilin sentyabrından ABŞ millisinin baş məşqçisidir.
Hazırda “Barselona”ya Hans-Diter Flik rəhbərlik edir və onun başçılığı altında komanda 2024/25 mövsümündə üç kubok qazanıb.