Avqustun ən yaxşı məşqçisi adına 3 namizəd - La Liqada

01:40 İspaniya 83
Avqustun ən yaxşı məşqçisi adına 3 namizəd - La Liqada

İspaniya La Liqasında avqustun ən yaxşı baş məşqçisi mükafatına üç namizəd açıqlanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya “Atletik”in çalışdırıcısı Ernesto Valverde, mövsümə “Real”ın “sükanı arxasında” başlayan Xabi Alonso və “Espanyol”un baş məşqçisi Manolo Qonsales daxil edilib.

Maraqlıdır ki, Alonso mövsüm ərəfəsində “Real”ı qəbul edib və komandası bütün üç start oyununda qələbə qazanaraq, 9 xalla turnir cədvəlinin lideridir.

Ernesto Valverdenin rəhbərlik etdiyi “Atletik” də 9 xal toplayıb, amma top fərqi bir qədər “Real”dan aşağıdır.

Ötən mövsüm elitada qalmaq uğrunda mübarizə aparan “Espanyol” isə Qonsalesin rəhbərliyi altında 7 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma