
“Atletik” “Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun transferini reallaşdıra bilməyib.
Sportinfo.az xəbər verir ki, Bilbao təmsilçisi rəsmi saytında Laportun transferinin uğursuzluğu ilə bağlı rəsmi açıqlama yayıb:
FİFA beynəlxalq transfer sertifikatı (CTI) verməkdən imtina edib və bu, futbolçunun qeydiyyatını mümkünsüzləşdirib.
Amma “Atletik” hələ ki, mövcud reqlament çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mümkün yollar axtarmağa davam edir. “Atletik” tam şəffaflığa və bütün prosedurlar başa çatdıqdan sonra hərtərəfli izahat vermək öhdəliyinə zəmanət verir”.
Laport “Atletik”in yetirməsidir və daha əvvəl “Mançester Siti”də çıxış edib.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində oktyabrın 22-də “Atletik”in qonağı olacaq.