“Onun nömrəsini almaq istəmirdim, mən heç bir təzyiq hiss etmədim”

4 Sentyabr 18:20 İspaniya 141
“Onun nömrəsini almaq istəmirdim, mən heç bir təzyiq hiss etmədim”

“Barselona”nın vingeri Lamin Yamal daşıdığı 10 nömrəli forma barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Ansu Fatinin dostu olduğu üçün bu nömrəni almaq istəmədiyini bildirib:

“Fati mənim yaxın dostumdur. Onun nömrəsini almaq istəmirdim. Mən heç bir təzyiq hiss etmədim, sadəcə hər şeyin öz axarı ilə getməsini üstün tuturdum”.

Fati bu yay icarə əsasında “Monako”ya yollanıb və boş qalan 10 nömrə Yamala həvalə olunub. Daha əvvəl isə Fati 2021-ci ildə klubu tərk edən Lionel Messidən “10”-u miras almışdı.

Ancaq davamlı zədələr səbəbindən o, “Barselona”nın əsas heyətində mövqeyini itirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma