
“Ştutqart” 24 yaşlı yarımmüdafiəçi Anjelo Ştillerin transferi üçün “Real”dan 50 milyon avrodan çox məbləğ tələb edəcək.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferi üçün başlanğıc qiymət 50 milyon avrodur.
Onun müqaviləsində 36 milyon avro dəyərində satınalma şərti mövcuddur, ancaq bu maddə yalnız 2026-cı ildən qüvvəyə minəcək.
Bununla belə, “Ştutqart” bu şərti ləğv etmək üçün Ştillerə 2026-cı ilə qədər 2 milyon avro ödəyə bilər.
Ştiller Bundesliqadakı çıxışı ilə gələn mövsümdən “Real”ı çalışdıracaq Xabi Alonsonun da diqqətini çəkib. Alonsonun onun potensialı barədə yaxşı məlumatı var.
Hazırda “Real” rəsmi danışıqlara başlamasa da, Ştiller Madrid təmsilçisinə keçidə maraq göstərir. Onun meneceri Toni Kroosun da karyerasını idarə etmiş Folker Ştruttdur.
Ştiller 2024/25 mövsümündə “Ştutqart” forması ilə bütün turnirlərdə 47 oyuna çıxaraq, 4 qol vurub və 11 məhsuldar ötürmə verib.