“Barselona” bu transferi etsə, o, burada qalmayacaq - NARAHATDIR

1 İyun 2025 00:10 İspaniya 1 474
“Barselona” bu transferi etsə, o, burada qalmayacaq - NARAHATDIR

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer pəncərəsində klubdan ayrıla bilər.

Kataloniyalıların kapitanı artıq dəyişməz “bir nömrəli” qapıçı sayılmır və bu vəziyyət onu ciddi şəkildə narahat edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” “Espanyol”dan Xuan Qarsiyanı transfer edərsə, almaniyalı qolkiper klubdan ayrılmaqda israrlı olacaq.

Ter Ştegenin əsas məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etməkdir, buna görə də klubda ehtiyat oyunçu olmaq onun üçün qəbuledilməzdir.

33 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti