
“Barselona”nın hücumçusu Pau Viktor yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçuya “Sevilya”, “Valensiya” və “Jirona” maraq göstərir.
Kataloniya təmsilçisi Pau Viktoru perspektivli futbolçu hesab etdiyindən, onu ya icarəyə vermək, ya da geri alma şərti ilə satmaq niyyətindədir. Klub bu razılaşmanı özü üçün sərfəli şərtlərlə həyata keçirmək istəyir.
İspaniyalı forvard 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 29 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.