
“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta kataloniyalıların vingeri Lamin Yamalla müqavilə müddətini uzatmasına münasibət bildirib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunun azarkeşlər üçün əla xəbər olduğunu söyləyib:
“Yamalla müqavilənin uzadılması “Barselona” azarkeşləri üçün əla xəbərdir ki, o, orada qalacaq.
Ümid edirəm ki, Yamal bu səviyyəni qoruyub, ildən-ilə böyüyə bilər, çünki o, həqiqətən unikal istedaddır. İnanıram ki, o, “Barselona”ya çox sevinc gətirə bilər”.
Yamal “Barselona”nın yetirməsidir. 17 yaşlı futbolçu 2024/2025 mövsümündə bütün yarışlarda 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Onun klubla əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu. Yeni müqavilənin müddəti isə 2031-ci ilə qədərdir və 1 milyard avroluq satın alma maddəsi mövcuddur.