Yeni transfer yazdı: “Evə qayıdıram”

30 May 2025 18:40 İspaniya 873
Yeni transfer yazdı: “Evə qayıdıram”

“Bornmut”un müdafiəçisi Din Heysen “Real”a keçidi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkə hesabında “Evə qayıdıram” yazaraq, “Real” forması geyinmiş uşaqlıq fotosu ilə post paylaşıb.

Heysen “Bornmut”dan əvvəl “Yuventus”, “Roma” kimi klublarda çıxış edib. Madrid klubu 20 yaşlı müdafiəçini “Bornmut”dan 50 milyon funt qarşılığında alıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM