Yeni baş məşqçi rəhbərliyin fikrini dəyişdi - SATILMAYACAQ!

30 May 01:40 İspaniya 166
Yeni baş məşqçi rəhbərliyin fikrini dəyişdi - SATILMAYACAQ!

Rodriqo böyük ehtimalla “Real”da qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Espana” nəşri məlumat yayıb.

“Kral klubu” 24 yaşlı vingeri satmaqdan imtina edib. Bu qərarın yeni baş məşqçi Xabi Alonsonun təsiri ilə verildiyi güman olunur.

Alonsonun Rodriqonu komandada saxlamaq istədiyini açıq şəkildə bəyan etməsi rəhbərliyin fikrini dəyişib. Artıq klubun Rodriqo ilə müqavilənin müddətini uzatmaq istədiyi iddia olunur.

2019-cu ildən “Real”da çıxış edən braziliyalı oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun madridlilərlə hazırkı sözləşməsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar