Paz olsa da, olmasa da… Kimi transfer etmək istəyirlər?

29 May 10:20 İspaniya 303
Paz olsa da, olmasa da… Kimi transfer etmək istəyirlər?

“Real” “Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştilleri heyətə cəlb etməyi nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

24 yaşlı futbolçuya olan marağın klubun geri qaytarmaq istədiyi digər yarımmüdafiəçi Niko Pazla əlaqəsinin olmadığı vurğulanır.

Pazın icarədən (“Komo”dan) qayıtma ehtimalı olsa da, bu, Ştillerin transferinə təsir göstərməyəcək.

“Real”ın yeni baş məşqçisi Xabi Alonso və klubun idman departamenti Ştilleri oyunun tempinə və quruluşuna təsir göstərə biləcək, ancaq ulduz statusu olmayan futbolçu kimi dəyərləndirir.

Almaniyalı oyunçu 2023/24 mövsümündə Bundesliqada 32 oyunda iştirak edib, 1 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ştillerə Avropanın digər klubları da maraq göstərir.

Digər Xəbərlər
Xəbər Lenti