Ötənlərin ünlü hücumçusu baş məşqçi postunu tərk etdi

29 May 2025 01:30 İspaniya 653
Ötənlərin ünlü hücumçusu baş məşqçi postunu tərk etdi

“Real Madrid”in sabiq hücumçusu Raul Qonzales klubun gənclərdən ibarət “Kastilya”nın baş məşqçi postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Klubumuzun və dünya futbolunun tarixində ən böyük əfsanələrdən birinin bizim gənclərdən ibarət klubumuza rəhbərlik etməsi “Real Madrid” üçün böyük iftixar idi. O, “Real Madrid”in bütün dəyərlərinin parlaq nümunəsidir.

Raul bütün “Real” azarkeşlərinin qəlbində əbədi qalacaq və “Real” hər zaman onun evi olacaq. Raula və onun ailəsinə həyatın bu yeni mərhələsində ən gözəl şeylər arzulayırıq”, - deyə məlumatda qeyd olunub.

47 yaşlı Raul Qonzales 1994-2010-cu illərdə “Real Madrid”də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti