42 qol vurdu, mövsümün ən yaxşısı seçildi - “Real”da

29 May 00:10 İspaniya 447
42 qol vurdu, mövsümün ən yaxşısı seçildi - “Real”da

“Real Madrid”də mövsümün futbolçusu bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada “kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe layiq görülüb.

Mbappe 2024/25 mövsümündə iştirak etdiyi 55 oyunda oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Kilianın “Real”la müqaviləsi 2029-cu ilə qədərdir.

İspaniya La Liqasının son nəticələrinə görə, Madrid təmsilçisi əzəli rəqibi “Barselona”dan 4 xal geri qalaraq turnir cədvəlində ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!