"Barselona" Lamin Yamalla 6 illik yeni müqavilə bağladı - RƏSMİ

28 May 2025 10:20 İspaniya 867
"Barselona" Lamin Yamalla 6 illik yeni müqavilə bağladı - RƏSMİ

Lamine Yamal və “Barselona” altı illik yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı cinah hücumçu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində sənədləri “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekonun iştirakı ilə imzalayıb.

Lamin 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi (assist) edib

Gənc futbolçu artıq komandanın əsas oyunçularından biri sayılır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM