“Real” geri qaytarır - Argentinalı yarımmüdafiəçini

28 May 01:30 İspaniya 174
“Real” geri qaytarır - Argentinalı yarımmüdafiəçini

“Real” “Komo”da çıxış edən yarımmüdafiəçi Niko Pazın geri qaytarılması ilə bağlı danışıqları fəal şəkildə aparır.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun müqaviləsində madridlilər üçün təxminən 8 milyon avro məbləğində gerialma şərti mövcuddur və onlar bundan yaxın vaxtlarda istifadə etməyi planlaşdırırlar.

“Real” rəhbərliyinin əsas məqsədi yetirmələri olan Pazın qarşıdan gələn Klublararası dünya çempionatında komandanın heyətində çıxış etməsidir.

Bu turnirdə iştirak 20 yaşlı futbolçu üçün həm əsas heyətdə yerini möhkəmləndirmək, həm də beynəlxalq səviyyəli təcrübə qazanmaq baxımından mühüm fürsət sayılır.

Niko Paz 2024/25 mövsümündə İtaliya A Seriyasında 35 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti