Premyer Liqa klubu ilə maaşda razılığa gələ bilmir - Braziliyalı hücumçu

24 May 21:40 İspaniya 152
Premyer Liqa klubu ilə maaşda razılığa gələ bilmir - Braziliyalı hücumçu

“Real”ın hücumçusu Rodriqonun agentləri “Arsenal”ın nümayəndələri ilə danışıqlar aparıblar.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin reallaşmasına bir maneə var: “topçular” braziliyalı futbolçunun tərəfi ilə əməkhaqqı məsələsində ortaq məxrəcə gələ bilmirlər.

Rodriqo illik 10 milyon avro maaş tələb edir, ancaq London klubu bu məbləğin çox yüksək olduğunu düşünür.

24 yaşlı hücumçu 2019-cu ilin yayından “kral klubu”nun şərəfini qoruyur. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti