
“Real”ın prezidenti Florentino Peres komandadan ayrılan baş məşqçi Karlo Ançelottini Madrid klubunun böyük ailəsinin üzvü adlandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:
“Karlo Ançelotti əbədi olaraq böyük “Real” ailəsinin bir hissəsi oldu.
Bizə belə uğur qazanmağımıza kömək edən və klubumuzun dəyərlərini nümunəvi şəkildə təmsil edən bir məşqçidən həzz almaqdan qürur duyuruq”.
Ançelotti isə klubdan ayrılarkən bunları söyləyib:
“Uğurlarımız azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq. “Santyaqo Bernabeu”dakı sehrli gecələr futbol tarixinin bir hissəsinə çevrilib. Klubla əlaqəm əbədidir, tezliklə görüşənədək!”
“Real” bu gün italiyalı mütəxəssisin baş məşqçi postundan getdiyini rəsmən açıqlayıb.