“Valensiya”nın müdafiəçisinə göz dikib - “Real”

23 Fevral 2025 00:10 İspaniya 626
“Valensiya”nın müdafiəçisinə göz dikib - “Real”

“Valensiya”nın müdafiəçisi Kristian Moskera karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Kral klubu” yay transfer pəncərəsində ispaniyalı futbolçunu heyətinə qatmağa cəhd edə bilər.

Moskeranın bazar dəyəri 30 milyon avro qiymətləndirilir və onun “yarasalar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.

O, İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT