“Artıq klub prezidenti onun xarakterindən yorulub, daha dözə bilmir, əsəbiləşir”

17 Yanvar 21:40 İspaniya 465
“Artıq klub prezidenti onun xarakterindən yorulub, daha dözə bilmir, əsəbiləşir”

Vinisius Juniorun gələcəyi futbol dünyasında aktual mövzu olaraq qalır.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, tanınmış jurnalist Daniel Riola braziliyalı hücumçunun bu il “Real”ı tərk edəcəyi barədə məlumat alıb:

“Əminəm ki, Vinisiusun “Real”dakı son ilindədir. Artıq bütün madridlilər və klub prezidenti Florentino Peres onun xarakterindən yorulub.

O, çempion ola bilər, amma düşünürəm ki, “Real”da yenidən strukturlaşma olacaq.

Vinisius artıq bezdiricidir. Onun davranışı İspaniyada hər kəsi hiddətləndirir.

Bilirəm ki, Peres daha buna dözə bilmir, bu onu əsəbiləşdirir. Madridlilərin oyunçularının belə davranması onun xoşuna gəlmir”.

Səudiyyə Ərəbistanı klublarının Vinisius üçün 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 20:00 Çək və bizə göndər!
16 Fevral 11:30 Bir də BUNA BAX!
16 Fevral 01:10 Azərbaycanın QAZANCI