 
            “Barselona”nın hücumçusu Mark Gui karyerasını başqa komandada davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Çelsi” və “Bayern” klubları maraqlıdır.
Gui ötən mövsüm “Barselona”nın heyətində 7 oyun keçirib və 1 qol vurub. O, həmçinin gənclər komandasında 19 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
18 yaşlı futbolçunun müqaviləsində 6 milyon avroluq satınalma maddəsi var.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            