COP29

“Barselona”nı Messi qədər sevən ikinci futbolçu yoxdur”

1 Mart 21:20 İspaniya 195
“Barselona”nı Messi qədər sevən ikinci futbolçu yoxdur”

“İnter Mayami”nin sahibi Devid Bekhem komandanın hücumçusu Lionel Messi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü Messinin Mayamidə yaşamasını istədiyini bildirib:

“Mən istərdim ki, Messi karyerasını bitirdikdən sonra Mayamidə yaşasın. Amma mənə deyir ki, o, yalnız “Kamp Nou” yaxınlığında yaşamağı düşünür.

“Barselona”nı onun qədər sevən futbolçu yoxdur. Ayağında və hətta içdiyi su şüşəsinin üzərində onun kluba olan güclü sevgisini simvolizə edən “Barselona” loqosu var”.

Messi 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. Argentinalı futbolçu ötən mövsüm MLS klubunun heyətində bütün turnirlərdə 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"