Məşhur klub müqaviləni 1 il də uzatdı – Baş məşqçisi ilə

24 Sentyabr 00:20 İspaniya 218
Məşhur klub müqaviləni 1 il də uzatdı – Baş məşqçisi ilə

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubu ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən 43 yaşlı mütəxəssis 2025-ci ilin yayına kimi komandada qalacaq. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Xatırladaq ki, Xavinin rəhbərliyi altında Kataloniya təmsilçisi 2022/23 mövsümündə ölkə çempionu və superkubokun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti