Mədəsində problem yarandı, məşqə çıxmadı

22 Sentyabr 2023 22:00 İspaniya 390
Mədəsində problem yarandı,  məşqə çıxmadı

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandanın bu gün baş tutan məşqində iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçu mədəsində problem olduğu üçün məşqi buraxıb.

“Kral klubu”nun tibbi heyəti Bellingemin komandanın növbəti məşqində iştirak edəcəyinə əmindir.

Yarımmüdafiəçinin “Atletiko” ilə İspaniya çempionatının 6-cı tur matçında iştirak edəcəyi bildirilir.

Bellingem 2023-cü ilin iyulunda Dortmund “Borussiya”sından “Real”a keçib. 20 yaşlı oyunçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM