“Tezliklə xəbərlər olacaq”

19 Sentyabr 2023 12:20 İspaniya 521
“Tezliklə xəbərlər olacaq”

“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Aleks Balde və yarımmüdafiəçi Lamin Yamalla müqavilənin uzadılacağı ilə bağlı yayılan məlumatları şərh edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi, hər iki futbolçu ilə yeni müqavilə üçün danışıqların davam etdiyini deyib:

“Bildiyim qədər, Lamin Yamal və Aleks Balde ilə müqavilələrin yenilənməsi tam sürətlə gedir. Tezliklə xəbərlər olacaq”.

19 yaşlı Balde və 16 yaşlı Yamal “Barselona” məzunudur. Hər iki futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Balde yeni mövsümdə 4 oyun keçirib və qol vurmayıb, Yamal isə 5 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu