"Barselona" və "Real" yoxlama oyununda üz-üzə gəliblər.
Sportinfo.az xəbər verir ki, ABŞ-ın Las Veqas şəhərindəki "Allegiant" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.
"Barselona" La Liqanın 1-ci turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.

