"Biz həqiqətən də, çempionatın başlamasını səbirsizliklə gözləyirik"

22 İyul 2022 21:40 İspaniya 712
"Biz həqiqətən də, çempionatın başlamasını səbirsizliklə gözləyirik"

“Barselona”nın yarımmüdafiəçisi Pedri komandaya yeni cəlb olunan oyunçular sayəsində qarşıdakı mövsümdə daha yaxşı çıxış edəcəklərini düşünür.

Sportinfo.az xəbər verir ki, ispan futbolçu yeni transferlərin oyunu maraqlı edəcəyini deyib:

“Yeni transferlər oyunumuzu daha maraqlı edəcək. Mən yeni mövsümü həvəslə gözləyirəm. Biz həqiqətən də, çempionatın başlamasını səbirsizliklə gözləyirik”.

Pedri ötən mövsüm kataloniyalıların heyətində 21 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR