“Barselona”nın hücumçusu Memfis Depay karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçunu “Tottenhem” transfer etmək istəyir.
“Barselona” 20 milyon avroluq təklif alacağı təqdirdə, Depayla yollarını ayırmağa hazırdır.
Depay ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 37 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

