"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçuları ilə görüşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
62 yaşlı mütəxəssi futbolçularla komandanın yeni mövsüm üçün hədəflərini müzakirə edib.
O, oyunçulara bildirib ki, Çempionlar Liqasındakı son qələbə diqqəti itirmək üçün səbəb olmamalıdır. Ançelotti futbolçularından 15-ci dəfə Çempionlar Liqasının qalibi olmağa köklənmələrini tələb edib.
"Real" 2021/22 mövsümündə Çempionlar Liqasının finalında "Liverpul"a qalib gələrək (1:0) tarixində 14-cü dəfə ÇL-in qalibi olub.

