“Atletiko” Ronaldonu MY-dən almaq istəmir – O qədər pulları yoxdur

18 İyul 2022 21:40 İspaniya 856
“Atletiko” Ronaldonu MY-dən almaq istəmir – O qədər pulları yoxdur

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "Atletiko"ya keçməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Madrid klubu 37 yaşlı hücumçunun transferini iqtisadi cəhətdən qeyri-mümkün hesab edir.

Onlar hazırda portuqaliyalı forvardın nə yüksək maaşını, nə də təzminat məbləğini ödəyəcək durumdadırlar.

Qeyd olunur ki, Ronaldonun “Atletiko”ya mümkün keçidi ilə bağlı şayiələri onun ətrafı və meneceri Xorxe Mendeş yayır və klub özü də bu fikri dərhal rədd edib.

Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR