Yeni müqavilənin bağlandığını tezliklə elan edəcək - “Barselona”

15 İyul 2022 15:20 İspaniya 723
Yeni müqavilənin bağlandığını tezliklə elan edəcək - “Barselona”

“Barselona” yarımmüdafiəçisi Aleks Kolyado ilə müqavilənin müddətini uzatmaq üçün razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı ispaniyalı ilə 2024-cü ilin iyun ayının sonuna kimi hesablanacaq yeni müqavilənin bağlandığını tezliklə elan edəcək.

Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kolyado ötən mövsümün ikinci yarısında icarə əsasında “Qranada”da çıxış edib. Futbolçu bu komandanın heyətində 17 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR