“Buradan ayrıldığım üçün üzülmürəm, klub illərdir düzgün idarə olunmur”

13 İyul 2022 10:00 İspaniya 822
“Buradan ayrıldığım üçün üzülmürəm, klub illərdir düzgün idarə olunmur”

Braziliyalı müdafiəçi Dani Alveş “Barselona”dan ayrılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu, klubdan ayrıldığı üçün üzülmədiyini deyib:

“Barselona”dan ayrıldığım üçün üzülmürəm. Bura gələndə 20 yaşımda olmadığımın fərqində idim və işlərin gizli aparılmamasını istəyirdim.

Klub illərdir ki, düzgün idarə olunmurdu. “Barselona” rəhbərliyi klubun tarixinə keçən oyunçuları önəmsəmir. “Barsa” azarkeşi kimi, klubun işləri başqa cür aparmasını istəyirdim.

Özüm barədə danışmıram, çünki mənimlə bağlı vəziyyət fərqlidir. Baş məşqçi Xaviyə və klub prezidentinə məni buraya yenidən gətirdiyi üçün təşəkkürümü bildirirəm.

Komandada meydanda inanılmaz ideyalar nümayiş etdirən gənc oyunçular olduğunu gördüm.

Lakin meydandan kənarda da işlərin düzəlməsi lazımdır. “Barselona”nın ideyaları ötən illərdə qurulan sistemdən tamamilə fərqlidir. Meydanda olanlar kənarda olanların bir yansımasıdır.

Mən “Barselona”nın yenidən zirvəyə qayıtmasını istəyirəm, amma çox çətin olacaq. Futbol daha sabitdir, daha kollektiv bir oyundur və “Barselona” bundan kənarda qalıb”.

Alveş 2008-2016-cı illərdə “Barselona”da çıxış edib. 2021-ci ildə yenidən Kataloniya təmsilçisinə qayıdan futbolçu, bir müddət əvvəl klubla yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR