“Nyukasl” “Real”ın hücumçusu Marko Asensio ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, İngiltərə klubu 26 yaşlı ispan futbolçu üçün 25 milyon avro təklif edib.
Madridlilərin futbolçu üçün ən azı 30 milyon avro almaq istədiyi bildirilir.
Asensio 2015-ci ilin iyulunda “Real”a keçib. O, ötən mövsüm “kral klubu”nun heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

