“Barselona” yarımmüdafiəçisi Miralem Pyaniçi satmaq istəyir.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 32 yaşlı bosniyalı ilə tezliklə yollarını ayırmağı planlaşdırır.
Xəbərdə qeyd olunur ki, yarımmüdafiəçi komandayla birgə ABŞ-a mövsümöncəsi turneyə getməyəcək.
Pyaniç ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib. Onun “Barsa” ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

