“Bizim klub ətrafında həmişə çox söz-söhbət gəzir"

11 İyul 2022 22:00 İspaniya 863
“Bizim klub ətrafında həmişə çox söz-söhbət gəzir"

“Barselona”nın futbolçusu Ferran Torres Kataloniya klubunun “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, 37 yaşlı portuqaliyalının tarixin ən yaxşı futbolçularından olduğunu deyib:

“Ronaldo tarixin ən yaxşılarından biridir. Amma “Barselona” ətrafında həmişə çox söz-söhbət gəzir. Bu haqda başqa nə deyəcəyimi bilmirəm”.

Daha əvvəl “Barselona”nın prezidenti Xuan Laportanın Ronaldonun agenti Jorje Mendeşlə nahar etdiyi bildirilmişdi.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR