“Qalatasaray”lı rəsmən “Sevilya”da - 5 illik kontrakt

9 İyul 2022 01:40 İspaniya 781
“Qalatasaray”lı rəsmən “Sevilya”da - 5 illik kontrakt

“Qalatasaray” braziliyalı müdafiəçisi Markaonu İspaniya “Sevilya”sına satıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

Braziliyadan olan 26 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. “Sevilya”nın bu transferə görə Türkiyə klubuna 12 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Markao 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. O, bu komandada 141 matça çıxıb, 2 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR