"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya "Jil Vesente"sindən Samuel Linonu transfer edib.
Braziliyaləı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Samuel Lino 2019-cu ilin yayından "Jil Visente"də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində meydana çıxdığı 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

