“Barselona”dan bir şərtlə gedə bilər - 8 milyon ödəməyə hazır olan yeni klub axtarır

7 İyul 2022 22:00 İspaniya 650
“Barselona”dan bir şərtlə gedə bilər - 8 milyon ödəməyə hazır olan yeni klub axtarır

“Barselona”nın hücumçusu Martin Breytveyt klubda qalmaqda qərarlıdır.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı danimarkalı “Barselona”da oynamağın karyerasında böyük şans olduğunu düşünür.

Bununla belə, kataloniyalıların rəhbərliyi futbolçu üçün təxminən 8 milyon avro ödəməyə hazır olan yeni klub axtarır.

Breytveyt yalnız yeni klubunu layiqli variant hesab edəcəyi halda “Barselona”dan ayrılmağa razı olacaq.

O, ötən mövsüm kataloniyalıların heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR