Bu hücumçuya görə 34,5 milyon avro ödədilər

7 İyul 2022 12:00 İspaniya 419
Bu hücumçuya görə 34,5 milyon avro ödədilər

Erlinq Haalandı "Mançester Siti"yə satan "Borussiya" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisi "Ayaks"dan Sebastian Halleri transfer edib.

Almaniya klubu 28 yaşlı hücumçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Borussiya" Fil Dişi Sahilindən olan hücumçu üçün Amsterdam təmsilçisinə 34,5 milyon avro ödəyib.

Sebastian Haller "Ayaks"a 2021-ci ilin yayında "Vest Hem"dən transfer olunub.

Hücumçu Niderland klubunun heyətində meydana çıxdığı 42 matçda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti