"Barselona" Ronaldonu transfer etməyə hazırlaşır?

7 İyul 2022 01:40 İspaniya 2 490
"Barselona" Ronaldonu transfer etməyə hazırlaşır?

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun mümkün transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı oyunçunun agenti Jorje Mendeşlə nahar etdiyini təsdiqləyib:

“Düzdür, Mendeşlə nahar etmişəm. Mən heç nəyi istisna etməyəcəyəm, bu, bizim maraqlarımıza uyğun gəlmir.

Mendeşin nə dediyini dəqiqləşdirməyəcəyəm. Onunla həmişə danışmaqda maraqlıyam. Mendeş transfer bazarındakı vəziyyətdən danışır”.

bundan əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı