"Danışıqlar çox yaxşı gedir" - “Barselona”nın prezidentindən açıqlama

4 İyul 2022 10:00 İspaniya 420
"Danışıqlar çox yaxşı gedir" - “Barselona”nın prezidentindən açıqlama

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Qavi ilə müqavilənin uzadılması istiqamətində aparılan danışıqların gedişindən danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri danışıqların çox yaxşı getdiyini deyib:

“Danışıqlar çox yaxşı gedir. Biz Qavi və onun agenti ilə sövdələşmənin müzakirəsindəki irəliləyişdən məmnunuq”.

Daha əvvəl Kataloniya klubunun 17 yaşlı ispaniyalı futbolçuya 5 illik müqavilə təklif etdiyi bildirilirdi.

Qavi 2021/22 mövsümündə “Barselona”nın heyətində 47 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti