“Messini başqa klubun forması ilə görmək mənim üçün qəribə idi”

4 İyul 2022 01:30 İspaniya 738
“Messini başqa klubun forması ilə görmək mənim üçün qəribə idi”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç PSJ-də Lionel Messinin oyununa alışmasının çətin olduğunu etiraf edib.

Sportinfo.az xəbər verir ki, xorvat Messini “Barselona”dan başqa klubun formasında görməyin qəribə hiss etdirdiyini deyib:

“Bütün “el klasiko”lardan sonra Messini başqa klubun forması ilə görmək mənim üçün qəribə idi. Lakin Neymar və Kilian Mbappe ilə PSJ-nin inanılmaz istedadları var”.

Messi 2021-ci ildə “Barselona”dan Paris klubuna keçib.

PSJ 2021/22 mövsümündə Fransa çempionu olub.

Messi ötən mövsüm PSJ-nin heyətində 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti