“Barselona” rəsmi təklif göndərdi - Premyer Liqa klubuna

2 İyul 2022 15:40 İspaniya 716
“Barselona” rəsmi təklif göndərdi - Premyer Liqa klubuna

“Barselona” yarımmüdafiəçi Rapinya Dias üçün “Lids”ə rəsmi təklif göndərib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu iyunun 29-da “Lids”lə transferi şifahi müzakirə edib, ayın 30-da isə hər şeyi kağız üzərində yekunlaşdırıb.

Lakin yarımmüdafiəçi və onun agenti Deku hələ “Barselona”nın düşərgəsinə keçməyə razılıq verməyiblər.

Rapinya ötən mövsüm “Lids”in heyətində 35 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!