"Barselona"dan ayrıldı, bu sözləri yazdı

30 İyun 2022 21:40 İspaniya 689
"Barselona"dan ayrıldı, bu sözləri yazdı

"Barselona"nın futbolçusu Luk de Yonq klubdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard bu barədə öz Tvitter hesabında məlumat yayıb. O, Kataloniya təmsilçisi ilə vidalaşıb:

"Barselona"da keçirdiyim vaxt xüsusi idi. Sizə gələcəkdə ən yaxşısını arzulayıram!”

Qeyd edək ki, De Yonq müqavilə ilə "Sevilya"ya məxsusdur. O, 2021/22 mövsümündə icarə əsasında "Barselona"da oynayıb. Futbolçu bu müddət ərzində La Liqada 21 matçda 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti