"Barselona"nın 3-cü təklifini də rədd etdi - Levandovski üçün

30 İyun 2022 15:40 İspaniya 574
"Barselona"nın 3-cü təklifini də rədd etdi - Levandovski üçün

"Bavariya" "Barselona"nın Robert Levandovski üçün göndərdiyi üçüncü təklifi də rədd edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Kataloniya klubu 33 yaşlı hücumçu üçün 40+5 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Bavariya" isə forvardı bu qiymətə satmaqdan imtina edib.

"Bavariya" oyunçunu yalnız 50 milyon avroluq təklif alacağı təqdirdə satmağı düşünəcək.

"Barselona" Levandovskiyə görə daha əvvəl 32+5 milyon avro, sonra isə 35+5 milyon avro təklif etmişdi.

O, ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 46 matçda 50 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti