“Liverpul” Salahı “Real”a hansı qiymətə satmağa razıdır?

27 İyun 2022 12:00 İspaniya 899
“Liverpul” Salahı “Real”a hansı qiymətə satmağa razıdır?

“Liverpul”un hücumçusu Məhəmməd Salah bu yay Premyer Liqanı La Liqaya dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə “Real” maraqlanır.

Nəşrin məlumatına görə, “Benfika”nın hücumçusu Darvin Nunyesin “Liverpul”a transferindən sonra Mersisayd klubu Salahı satmağı və 70 milyon avroya yaxın təklifləri qəbul etməyi qərara alıb.

Salah ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə meydana çıxdığı 51 oyunda 31 qol vurub və 15 məhsuldar ötürmə edib.

Misirli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR