“Real”ın yarımmüdafiəçisi “Liverpul”a “yox”, “Milan”a “hə” dedi

23 İyun 2022 18:40 İspaniya 1 017
“Real”ın yarımmüdafiəçisi “Liverpul”a “yox”, “Milan”a “hə” dedi

“Real”ın yarımmüdafiəçisi Marko Asensio bu yay klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu “Liverpul”dansa, “Milan”a keçməyi üstün tutur.

O hesab edir ki, “Milan”ın əsas heyətində yer almaq ehtimalı daha yüksəkdir.

Asensio 2021/22 mövsümündə “Real”ın heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti