Dembele Premyer Liqa klubu ilə anlaşıb, amma...

18 Yanvar 2022 22:00 İspaniya 1 424
Dembele Premyer Liqa klubu ilə anlaşıb, amma...

“Barselona”nın Usman Dembeleyə yeni müqavilə ilə bağlı yekun qərar qəbul etmək üçün 2 gün vaxt verdiyi barədə məlumat yaymışdıq.

Sportinfo.az xəbər verir ki, bu məsələ ilə bağlı yeni məlumat yayılıb.

Bildirilir ki, fransalı “Barsa” ilə yeni müqavilə bağlamaycaq. Hücumçu artıq Premyer Liqa klubu ilə anlaşıb.

Amma futbolçu İspaniya nəhəngini qışda tərk etmək niyyətində deyil. O, yaya qədər komandada qalmaq, yeni klubuna isə azad agent statusunda keçmək niyyətindədir.

Məlumata görə, forvard bu müddətdə ehtiyatda qalacağına görə də narahat deyil. O da vurğulanır ki, “Barsa”nın baş məşqçisi Xavi futbolçuya təzyiq edilməsinin əleyhinə olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI