"Barselona" 4 milyon avro təzminat ödəyəcək - Sabiq baş məşqçisinə

2 Dekabr 2021 01:30 İspaniya 355
"Barselona" 4 milyon avro təzminat ödəyəcək - Sabiq baş məşqçisinə

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

Sportinfo.az xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssis 4 milyon avro ödəyəcək.

Bu, "Barselona"ya dekabrın 20-nə planlaşdırılan dəbbə pulunun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək.

Daha əvvəl bildirilib ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.

Kike Setyen 2020-ci ildə "Barselona"ya rəhbərlik edib. O, "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra qovulub.

Digər Xəbərlər
Xəbər Lenti